İngiltərənin "Hall Siti" klubu heyətini yunanıstanlı qapıçı Konstantinos Tsolakislə gücləndirib.
Newsport.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, 23 yaşlı qolkiper Yunanıstanın "Olimpiakos" klubundan transfer olunub. O, yeni komandası ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
"Hall Siti" transferin klub tarixinin ən bahalı keçidi olduğunu bəyam etsə də, ödənilən məbləği rəsmən açıqlamayıb. "Transfermarkt"ın məlumatına əsasən isə transferin dəyəri 23,3 milyon avro təşkil edib.
Tsolakis 2020-ci ildə "Olimpiakos"un əsas komandasında debüt edib. O, bu klubun heyətində keçirdiyi 131 oyunun 64-də qapısını toxunulmaz saxlayıb. Yunanıstan millisində 9 oyun keçirən qapıçı karyerası ərzində 4 dəfə ölkə çempionu olub, həmçinin Yunanıstan Kuboku, Superkuboku və 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının qalibi adını qazanıb.