İran millisinin hücumçusu Mehdi Taremi “Olimpiakos”dan ayrılaraq, Rusiyaya yollanmağa hazırlaşır.
Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təcrübəli forvard ÇSKA-ya keçə bilər. Hazırda tərəflər arasında danışıqlar gedir. Mehdi 2025/2026 mövsümündə “Olimpiakos”un heyətində 39 matçda 16 qol vurub, 6 asist edib.
34 yaşlı futbolçunun “Olimpiakos”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “İrancavan”, “Şahin Buşehr”, “Persepolis”, “Əl-Qarafa”, “Rio Ave”, “Porto”, “İnter” klublarında oynayıb.