İngiltərənin "Aston Villa" klubu İspaniyanın "Atletiko" Madrid komandasından müdafiəçi Matteo Rudcerinin transferi ilə bağlı aktiv danışıqlara başlayıb.
Newsport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, Birmingem təmsilçisi italyan futbolçuya uzunmüddətli müqavilə təklif edib: "Aston Villa" Matteo Rudceriyə "Atletiko" Madriddən keçidi üçün maaşın artırılması şərti ilə 2031-ci ilə qədər müqavilə təklif edib.
İspaniya La Liqasının 2025/2026 mövsümündə 24 yaşlı Matteo Rudceri 26 matçda meydana çıxıb və 3 qolun ötürməsini verib. O, həmçinin Çempionlar Liqasında 15 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yaddan qalıb.