"Milan"dan "Fənərbaxça"ya rədd cavabı

"Fənərbaxça" "Milan"ın hücumçusu Rafael Leaunu transfer etmək cəhdini davam etdirir.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Türkiyə klubu 27 yaşlı portuqaliyalını bir illik icarəyə götürmək və müqaviləyə 40 milyon avroluq satınalma şərti əlavə etmək istəyib. Lakin "Milan" bu təklifi qəbul etməyib.

Bununla belə, tərəflər arasında danışıqlar dayanmayıb. Bildirilir ki, "Fənərbaxça" yaxın vaxtlarda yeni təkliflə çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right