PSJ-nin hücumçusu Randal Kolo Muani yenidən “Yuventus”un formasını geyinməyə yaxındır.
Newsport.az “Football Italia”-ya istinadən xəbər verir ki, fransalı futbolçu artıq Turinə gedib. Transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Daha əvvəl yayılan xəbərlərdə Kolo Muaninin PSJ-dən “Yuventus”a transferinin bonuslar da daxil olmaqla 50 milyon avroya başa gələ biləcəyi bildirilib.
27 yaşlı hücumçu 2024/2025 mövsümünün ikinci yarısını icarə əsasında “Yuventus”da keçirib. O, Turin klubunun heyətində 22 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Yuventus” 2026/2027 mövsümündə ilk rəsmi oyununu avqustun 23-də “Frozinone”yə qarşı keçirəcək.