“Arsenal”dan 99 milyon avroluq transfer

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşin karyerasını yüksək ehtimalla “Arsenal”da davam etdirəcəyi bildirilir.

Newsport.az “Globo”-ya istinadən xəbər verir ki, uzun sürən danışıqlardan sonra “sağsağanlar” braziliyalı futbolçunun “topçular”a satılmasına razılıq veriblər. Tərəflər arasında yalnız müqavilənin son detalları razılaşdırılmalıdır.

Transferin dəyəri təxminən 99 milyon avro olacaq.

28 yaşlı yarımmüdafiəçi “Nyukasl”ın heyətində ümumilikdə 195 oyuna çıxıb, 31 qol vurub və 32 məhsuldar ötürmə verib. O, ötən mövsüm keçirdiyi 41 qarşılaşmada 9 qola və 8 məhsuldar ötürməyə imza atıb.

“Transfermarkt” portalı Gimarayeşin dəyərini 70 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right