"2030-cu il dünya çempionatı tarixin ən yaxşısı olacaq" İnfantino

Gianni Infantino Mərakeşə səfəri zamanı "Krallıq Günü" münasibətilə keçirilən tədbirdə ölkə haqqında yüksək fikirlər səsləndirib.

Newsport.az xəbər verir ki, isveçrəli funksioner öz açıqlamasında bunları qeyd edib:

“Mərakeşlilər futbolu böyük sevgi ilə yaşayan insanlardır. Onlar milli komandalarının uğurlarını böyük sevinc və coşqu ilə qeyd edirlər."

İnfantino, həmçinin, 2030-cu il dünya çempionatının tarixin ən yaxşı mundialı olacağına əminliyini ifadə edib.

“Bu mundial heç bir şübhəsiz, tarixdə ən yaxşısı olacaq. Çünki o, ən gözəl ölkələrdən ən gözəlində – Mərakeşdə keçiriləcək”, – deyə FIFA prezidenti vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right