“Sabah” sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “KuPS”la cavab oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, bu gün “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat önünə çıxacaq. Litvalı mütəxəssis Bakı vaxtı ilə saat 18:30-da yerli medianın suallarını cavablandıracaq.
Komandanın son məşqi yarım saatdan sonra başlayacaq. Qeyd edək ki, “KuPS” – “Sabah” matçı sabah "Vyare Arena" stadionunda keçiriləcək və matça Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.