Beynəlxalq Futbol Federasiyası (FİFA) Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesin İspaniya ilə 2026-cı il dünya çempionatının final oyunundakı (0:1) dava fəaliyyətinə görə aldığı qırmızı vərəqəni ləğv etmək qərarına gəlib. Futbolçuya qarşı heç bir intizam tədbiri tətbiq olunmayacaq.
Newsport.az xəbər verir ki, bu barədə "BBC Sport"un jurnalisti Deyl Conson sosial şəbəkə hesabında məlumat yayıb.
Xatırladaq ki, Argentina və İspaniya arasındakı matçın final fitindən sonra meydanda əlbəyaxa dava düşüb. Argentinalıların müdafiəçisi Nauel Molina yanından qaçaraq keçən ispanların kapitanı Rodrinin sinəsinə əli ilə zərbə endirib. Onların arasında başlayan mübahisəyə digər futbolçular, o cümlədən argentinalı yarımmüdafiəçə Leandro Paredes də qoşulub.
Yarımmüdafiəçi əvvəlcə təcavüzkar şəkildə ispanların müdafiəçisi Erik Qarsiyanın boğazından yapışıb, daha sonra isə komanda yoldaşını müdafiə etməyə çalışan yarımmüdafiəçi Qaviyə hücum edib.