Koreyalı yarımmüdafiəçi "Portu"da

"Portu" "Feyenoord"dan Koreya millisinin 29 yaşlı yarımmüdafiəçisi Hvan İn Bomun transferini açıqlayıb.

Newsport.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirili ki, futbolçu ilə daha 1 il uzadılma variantı ilə 3 mövsümlük müqavilə imzalanıb və o, yeni komandasında 16 nömrəli formanı geyinəcək.

Hvan İn Bom 2024-cü ilin sentyabrından "Feyenoord"da çıxış edirdi.

Koreyalı futbolçu dünya çempionatında 3 oyunda iştirak edib, qrup mərhələsinin ilk turunda Çexiyaya qarşı keçirilən görüşdə (2:1) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right