“Liverpul” PSJ-nin hücumçusu Bredli Barkolanı transfer etmək üçün ciddi addımlar atır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 23 yaşlı futbolçu üçün təxminən 85 milyon funt-sterlinq (təxminən 100 milyon avro) təklif etməyə hazırlaşır.
“Liverpul” Barkolanı yay transfer pəncərəsinin əsas hədəfi kimi müəyyənləşdirib. “Transfermarkt” portalı fransalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir. Onun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Barkola başa çatan 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində 8 oyunda meydana çıxaraq, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.