“Arsenal” müdafiənin mərkəzini gücləndirmək üçün variantları nəzərdən keçirir.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Vilyam Salibanın ciddi bel zədəsi almasıdır. Fransalı müdafiəçinin qarşıdakı mövsümün ilk yarısını tamamilə buraxmaq ehtimalı var.
“Topçular” hazırda azad agent statusunda olan Con Stounzla maraqlanır. 32 yaşlı futbolçunun Salibanın yoxluğunda komandaya müvəqqəti əvəzləyici kimi cəlb olunması nəzərdən keçirilir.
Stounz son 10 ili “Mançester Siti”də keçirib və bu müddətdə 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Onun klubla müqaviləsinin müddəti iyulun əvvəlində başa çatıb.
İngiltərəli müdafiəçi ilə “İnter” və “Yuventus”un da maraqlandığı bildirilir.