Argentina millisi FİFA-nın hədəfində Məşqçilər də cəzalana bilər

DÇ-2026-nın finalından sonra Argentina millisinin futbolçuları və məşqçilər korpusunun davranışı ilə bağlı FİFA araşdırma aparmağa başlayıb.

Newsport.az xəbər verir ki, bu barədə ESPN və "TyC Sports" nəşrləri məlumat yayıb.

Bildirilir ki, İspaniyanın 1:0 hesablı qələbəsindən sonra meydanda iki komandanın futbolçuları arasında kütləvi dava baş verib. Gərginlik Nahuel Molinanın çempionluğu qeyd edən Rodriyə zərbə endirməsindən sonra başlayıb.

Hadisələrin mərkəzində isə Leandro Paredes olub. Argentinalı yarımmüdafiəçi əvvəlcə Erik Qarsiyanın boğaz nahiyəsinə zərbə endirib, daha sonra isə Qavini yerə yıxıb. Baş hakim Slavko Vinçiç görüş başa çatdıqdan sonra Paredesi qırmızı vərəqə ilə meydandan qovub.

FİFA-nın İntizam Komitəsi hakimin qeydlərini və video görüntüləri araşdırır. Əgər Paredesin hərəkətləri qəsdən törədilmiş zorakı davranış kimi qiymətləndirilsə, o, bir neçə beynəlxalq oyunu buraxa bilər. FİFA-nın intizam qaydalarına əsasən, belə hallarda minimum 3 oyunluq cəza nəzərdə tutulur.

Qeyd edək ki, araşdırma yalnız futbolçularla məhdudlaşmır. Argentina millisinin məşqçilər korpusunun davranışı da yoxlanılır. Baş məşqçinin köməkçisi Fabian Ayalanın insident zamanı Dani Olmo və Erik Qarsiyaya fiziki müdaxilə etdiyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right