Lionel Messi DÇ-2026-nın finalında İspaniya millisin əlavə vaxtda 0:1 hesabı ilə uduzduqdan sonra sosial şəbəkədə paylaşım edib.
Newsport.az xəbər verir ki, Messi paylaşımda bunları qeyd edib:
“Hazırda ağrı çox böyükdür və bu yaranın sağalması üçün zamana ehtiyac olacaq. Amma bu turnirdə yaşadığımız gözəl anları da həmişə xatırlayacağam. Meydanda sonadək bütün gücümüzü ortaya qoyaraq geri dönüş etdiyimiz oyunlar tarixdə qalacaq. Ölkəmizin dəstəyi, eləcə də bu komandanın əməyi və fədakarlığı bizi yenidən dünyanın ən güclü yığmaları sırasına çıxardı. Bu komanda ardıcıl iki dünya çempionatının finalına yüksəldi və bununla fəxr etməliyik.
Məni təbrik edən, dəstək olan və mesaj göndərən hər kəsə ürəkdən təşəkkür edirəm. Biz bir daha bütün Argentinanı birləşdirməyə, eyni hissləri yaşamağa və argentinalı olmaq qürurunu birlikdə bölüşməyə nail olduq. Həmçinin İspaniya millisini dünya çempionu olması münasibətilə təbrik edirəm”.