Mundiallar tarixində yeni rekord 6,8 milyon...

DÇ-2026 bütün dövrlərin ən çox izlənilən dünya çempionatı olub.

Newsport.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın 104 oyununu ümumilikdə 6 810 966 azarkeş stadiondan izləyib.

Turnirin finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. "Metlayf" stadionunda keçirilən həlledici qarşılaşmanı 80 663 azarkeş izləyib.

Beləliklə, DÇ-2026 dünya çempionatları tarixində ümumi tamaşaçı sayına görə yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord 1994-cü ildə ABŞ-da keçirilən mundiala məxsus idi. Həmin turnirin oyunlarını ümumilikdə 3 587 538 azarkeş stadiondan izləmişdi.

Qeyd edək ki, növbəti dünya çempionatı 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Uruqvay, Argentina və Paraqvay isə turnirin açılış oyunlarından hərəsinə bir matç ev sahibliyi edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right