Türkiyənin "Fənərbağça" klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi II təsnifat mərhələsində Polşanın "Qurnik" komandasını məğlub edə bilsə, "Şturm" (Avstriya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-5-i və 11-də keçiriləcək.