Lionel Messi futbol üzrə dünya çempionatları tarixində final oyununda meydana çıxan ən yaşlı futbolçu olub.
Newsport.az xəbər verir ki, 39 yaş 25 günlük argentinalı hücumçu DÇ-2026-nın finalında İspaniya ilə qarşılaşmada (0:0 Birinci hissə) start heyətində yer alaraq bu rekorda imza atıb.
Messi turnir ərzində də yüksək məhsuldarlıq nümayiş etdirib. O, dünya çempionatında keçirdiyi oyunlarda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bu göstərici ilə Argentina millisinin kapitanı həm fərdi rekordunu yeniləyib.