Türkiyənin "Beşiktaş" klubu müdafiəçisi Tayyip Talha Sanuçla yollarını ayırıb.
Newsport.az xəbər verir ki, futbolçu karyerasını Superliqa təmsilçisi "Rizəspor"da davam etdirəcək. İstanbul klubu yaydığı rəsmi açıqlamada tərəflər arasında transferlə bağlı razılıq əldə olunduğunu bildirib
Qeyd edək ki, 26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.