“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes yay transfer dövründə komandasını dəyişə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” portuqaliyalı futbolçunu 42 milyon funt sterlinqə satmağa hazırdır. Yarımmüdafiəçiylə “Qalatasaray” maraqlansa da, İstanbul klubunun oyunçunun tələb etdiyi maaşı qarşılaya bilmədiyi bildirilir.
Fernandesin “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 37 oyunda 9 qol vurub və 22 məhsuldar ötürmə edib.