Kroos: "Almaniyadan üstün heyətləri yoxdur, sadəcə inanılmaz xarakterə sahibdirlər"

Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Toni Kroos İspaniya və Argentina arasında keçiriləcək Dünya Kubokunun finalı haqqında danışıb.

Newsport.az xəbər verir ki, “Real”ın sabiq üzvü ispanları favorit hesab edir:

"İspaniya xüsusilə üstünlük qazandıqda təhlükəlidir. Lakin Argentinanı qiymətləndirməmək olmaz. Məncə, onların heyəti Almaniyadan üstün deyil. Amma inanılmaz xarakterə sahibdirlər, bu da onların əsas "silah"ıdır. Bundan əlavə, komandada Lionel Messi var və o, yenidən komandanı finala çıxardı".

Qeyd edək ki, DÇ-2026-nın finalı İspaniya və Argentina arasında bu gün keçiriləcək və görüşə 23:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right