“İnter”in hücumçusu Lautaro Martinesin atası oğlunun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Oğlum ürəyini “İnter”ə verib. “İnter” azarkeşləri də ona sevgilərini veriblər. O, bu kluba çox şey verib. O, “İnter”lə dərin bağlılıqdadır”.
Martines 2018-ci ildə “Rasinq”dən “İnter”ə transfer olunub. Onun Milan klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir. Argentinalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 41 oyunda 22 qol vurub və 6 məhsuldar ötürmə edib.