Bunu rekorda şərik oldu

Mərakeş yığması DÇ-2026-ının 1/4 final matçında Fransaya məğlub olub (0:2).

Newsport.az xəbər verir ki, bu oyunda Afrika təmsilçisinin qapıçısı Yassin Bunu Kilian Mbappenin vurduğu penaltini dəf etməyi bacarıb.

Bu, ​35 yaşlı qolkiper üçün dünya çempionatlarında dəf etdiyi dördüncü penalti olub. Beləliklə, Bunu dünya çempionatlarında qaytarılmış penaltilərin sayına görə rekordçular siyahısına adını yazdırıb.

​Yassindən əvvəl dörd penaltini almaniyalı Harald Şumaxer, argentinalı Serxio Qoykoçea, ispaniyalı İker Kasilyas və iki xorvatiyalı - Dominik Livakoviç və Daniel Subaşiç dəf ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right