"Barselona" Almaniya millisinin üzvü ilə anlaşdı

"Borussiya"nın oyunçusu Kərim Adeyemi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Barselona" almaniyalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

La Liqanın çempionu 24 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Borussiya" Kərim Adeyemini 2022-ci ilin yayında "Zaltsburq"dan 30 milyon avroya transfer edib. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right