Ulduz futbolçu Neymar unikal bir nailiyyətə imza atıb.
Newsport.az xəbər verir ki, o, dörd dünya çempionatında oynamış braziliyalılar siyahısına qoşulub. Tarixdə "selesao"nun heç bir oyunçusu bundan daha çox dünya çempionatında iştirak etməyib.
Ondan əvvəl Pele, Kafu və Calma Santos bu nailiyyətə imza atıblar. Bir neçə başqa oyunçu da dörd dünya çempionatının heyətinə daxil edilsə də, turnirlərin heç olmasa birində meydana çıxmayıblar.
Qeyd etmək lazımdır ki, Neymar 2026-cı il dünya çempionatında Şotlandiyaya qarşı matçda debüt edib. 34 yaşlı braziliyalı 76-cı dəqiqədə Mateus Kunyanın yerinə meydana daxil olub və komandasının 3:0 hesablı qələbə qazanmasına kömək edib.
Ümumilikdə, bu, Neymarın milli komandada karyerasında 129-cu matçı olub. O, 79 qol və 59 məhsuldar ötürmə ilə Braziliya yığmasının tarihində ən yaxşı bombardir və assistentdir.