"Liverpul"u "Real"a dəyişəcək

"Liverpul"la müqaviləsi başa çatan İbraima Konate karyerasını İspaniya Liqasında davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Fransalı mərkəz müdafiəçisi "Real"la anlaşıb. 27 yaşlı futbolçu futbolçu Madrid təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. Təcrübəli oyunçu "kral klubu"na azad agent statusu ilə qoşulur.

Qeyd edək ki, İbrahima ​Konate 2021-ci ilin yayından "Liverpul"da çıxış edirdi. Fransa millisinin üzvü 2025/26 mövsümündə "qırmızılar"ın heyətində keçirdiyi 51 oyunda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right