"Fənərbaxça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı

“Fənərbaxça”nın kapitanı Mert Hakan Yandaş cəzalandırılıb.

Newsport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) qanunsuz mərc oyunlarında iştirak etməsi səbəbindən 31 yaşlı yarımmüdafiəçini bir il müddətinə diskvalifikasiya edib.

Bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Hakan Yandaş bir müddət əvvəl sözügedən məsələyə görə həbs olunmuş, daha sonra azadlığa buraxılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right