Hafiz Məmmədov Lansı satmağa hazırdır

Fransa mətbuatı "Lans" klubunun sahibi, "Bakı"nın prezidenti Hafiz Məmmədovla bağlı maraqlı iddia irəli sürüb.

Newsport.az saytının məlumatına görə, fransız həmkarlarımız Məmmədovun bu klubu satmağa hazır olduğunu iddia edib.

Onlar eyni zamanda belçikalı biznesmen Qreqori Makenin "Lans"ı almaq istədiyini də yazıblar. Sözügedən şəxs bunun üçün "Lans"a 2,5 milyon avro ödəməyə də hazırdır. Make satınalma əməliyyatı üçün Məmmədovla şəxsən görüşmək istəyir. Fransızlar azərbaycanlı sahibkarın klubu satmağa razılaşacağını bəyan ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right