Fransa Çempionatının XVII turu çərçivəsində keçirilən "Nitsa” – PSJ matçı PSJ-nin isveçli forvardı Zlatan İbarimoviç üçün əlamətdar olub.
Newsport.az-ın məlumatına görə, "Nitsa” ilə matçın 44 və 61-ci dəqiqələrində rəqib qapısına yol tapan forvard PSJ-də vurduğu qolların 87-ə çatdırıb. Bununlada o, PSJ-nin Fransa Çempionatında ən çox qol vuran futbolçusu adını ələ keçirib. İbrahimoviç oyundan sonra rekord etdiyi oyunda geyindiyi formanı nitsalı uşağa verib.
Qeyd edək ki, İbra 2012-ci ildə PSJ-Ə transfer olunub. O, bu müddət ərzində Fransa Çempionatında 103 oyun keçirib və 87 qol vurmağı bacarıb. İbra vurduğu qolların 10-nu cari mövsümdə rəqib qapılarından keçirib.