PFL prezidenti postunu tərk etdi

Adı FİFA-dakı korrupsiya işi ilə hallanan Çili Peşəkar Futbil Liqasının prezidenti Serxio Xadue postundan gedib.

Newsport.az Çili futbol federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, futbol funksioneri 1 həftə işində iki fərqli qərar qəbul edib.
 Noyabrın 13-də sağlamlığındakı problemlərlə əlaqədar məzuniyyətə getdiyini elan edən Xadue FİFA-dakı korrupsiya işi üzrə şahidlik etmək üçün məhkəmə çağırışını alınca fikrini dəyişib. Çili PFL-ində əməkhaqqı bölgüsünün necə aparılması ilə bağlı soruşdurma üçün ABŞ-a dəvət olunan Liqa rəhbəri bundan sonra istefa ərizəsini yazaraq postundan gedib. Yerli federasiya onun istefa ərizəsini qəbul edib və istefa reallaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right