Madrid "Real”ının ulduz futbolçusu Kərim Benzemanın Fransa polisi tərəfindən saxlanılması barədə məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, fransız ulduz millidəki komanda yoldaşı Matyu Valbuenanı şantaj etməkdə günahlandırılır.
Fransa mətbuatı Benzema ilə bağlı ilginc iddia irəli sürüb. Yerli mətbuatın məlumatına görə,Benzema ötən gecəni cəzaçəkmə məntəqəsində keçirib. Futbolçu bu gün hakim tərəfindən dindirilib. Forvard günahını boynuna alıb.
Belə olan təqdirdə Benzemanı ciddi cəzaların gözlədiyi bildirilir. Mənbələr Benzemanın ölkədən çıxışına qadağa qoyulduğu və onu 7 il həbs cəzası gözlədiyini iddia edir.
Qeyd edək ki, olayla bağlı Fransa millisinin sabiq üzvü Civril Sisse de bir müddət öncə saxlanılmışdı. O, daha sonra sərbəst buraxılmışdı.