"Yığmamızda demək olar, bərabər səviyyəli futbolçuları cəmləşib. Amma hazırda yaxşı hücumçumuz yoxdu”.
Newsport.az-ın məlumatına görə, bunu Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu deyib.
Noyabrın 17-də Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Moldova yığması güclü hücumçu axtarır. Federasiya rəhbəri bu ölkənin vətəndaşlığını alan, lakin Moldovada yaşamasının 5 ili tamam olmadığından FİFA qaydalarına görə yığmaya kömək edə bilməyən Luvannor Enrikedən də danışıb: "Yaxşı hücumçumuz olmadan yaxşı nəticə qazanmaq olmaz. AVRO-2016-nın seçmə mərhələsində cəmi 4 qol vurduq. Onun cəmi birini hücumçu Bogiu vurdu. Millimizdə oyunun taleyini təkbaşına həll edə biləcək forvard yoxdur. Braziliyalı Luvannor Enrike kimi oyunçumzu olsaydı, çox yaxşı olardı. Amma FİFA qaydaları onun oynamasına icazə vermir. Əminəm ki, belə olsaydı, İsveçlə qrup üçüncülüyü uğrunda mübarizə apara bilərdik. Enrike hər dəfə Kişinyova gələndə federasiyaya baş çəkir. Onunla həm moldovan, həm rus dilində danışırıq. Hiss olunur ki, qabiliyyətli insandı”.
Qeyd edək ki, Luvennor hazırda BƏƏ təmsilçisi "Əl-Şabab"da çıxış edir. Azərbaycan – Moldova oyunu Bakı Olimpiya stadionunda baş tutacağını da vurğulayaq.