"Barselona”nın futbolçusu Leonel Messinin İspaniya La Liqasının VI turunda "Las Palmas”la ev qarşılaşmasınmda zədələnməsindən xəbərdarsınız. Matçın başlanmasından cəmi 4 dəqiqə sonra zədələnən futbolçunun 7-8 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
İndi hamını maraqlandıran məqam Messinin "Real Madrid” və "Barselona” klubları arasında keçiriləcək "El Klasiko”ya hazır olub-olmamasıdır.
Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Messi noyabr ayının 21-i "Santiaqo Benabeu” stadionundakı msatçadək tam hazır vəziyyətdə olacaq.