Güləşçilərimizin ilk rəqibləri məlum oldu

Azərbaycan yunan-Roma güləşçilərinin Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib. 

 

Newsport.az xəbər verir ki, püşk nəticəsində ən aşağı və ən ağır çəkili pəhləvanların 1/8 final mərhələsindən mübarizəyə başlayacaqları məlum olub.

 

Dünya çempionatı

Yunan-Roma güləşi

55 kq
1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)

 

60 kq
Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan)

 

63 kq
1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə)

 

67 kq
1/16 final: Həsrət Cəfərov - Peyton Omaniya (ABŞ)

 

72 kq
1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya)

 

77 kq
1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)

 

82 kq
1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)

 

87 kq
1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)

 

97 kq
1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç)

 

130 kq
1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya)

 

Oktyabrın 7-də 55 kq, 72 kq, 77 kq və 82 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. Oktyabrın 8-də 60 kq, 97 kq və 130 kq, oktyabrın 7-də isə 63 kq, 67 kq və 87 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

 

İndiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right