Hidayət Heydərov Avropa çempionatında mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatı davam edir.

Newsport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üç cüdoçusu tatamiyə çıxacaq.

Üçqat Avropa çempionu Hidayət Heydərov ilk mərhələdən azaddır. 73 kq çəkidə mübarizə aparan idmançı 2-ci mərhələdə Kestutis Vitkaskas (Litva)/İndrit Kalhac (Albaniya) görüşünün qalibi ilə qarşılaşacaq.

Eyni çəkidə yarışacaq Rəşid Məmmədəliyev də mübarizəyə 2-ci mərhələdən başlayacaq. O, Darko Topaloviç (Bosniya və Herseqovina)/Coşua Qrin (İrlandiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Zelim Tçkayev (81) isə 2-ci mərhələdə Nace Herkoviç (Sloveniya)/Maksim Triqub (İrlandiya) görüşünün güclüsü ilə güləşəcək.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right