Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı yerli mətbuata açıqlamasında komandadakı durumunu dəyərləndirib.

Newsport.az saytı xəbər verir ki, 22 yaşlı hücumçu Stokholm təmsilçisində heç bir problem yaşamadığını söyləyib: “Futbolda bəzən belə hallar yaranır. Hər kəs bunu yaşaya bilər. Mən həmişə olduğu kimi, işimi görməyə və başımı dik tutmağa çalışıram. Bura gəldiyim ilk gündən məsuliyyətli olmuşam, çox çalışmışam. Heç kimlə problemim olmayıb. Komanda yoldaşlarımla və ətrafındakı insanlarla fantastik münasibətim olub. Bu kluba böyük hörmətim var. Gözəl tarixi və mədəniyyəti olan böyük klubdur. Azarkeşləri də heyrətamizdir”.

Qurbanlı məşqlərdə üzərində var gücü işlədiyini vurğulayıb: “Hamı mənim kim olduğumu bilir. Ən əsası, özüm kim olduğumu bilirəm. Nə etdiyimi başa düşürəm. Heç kim deyə bilməz ki, hansısa məşq zamanı kifayət qədər çox çalışmamışam və ya 100 faiz gücümü ortaya qoymamışam. Hamıya hörmət etmişəm, onlar da mənə hörmətlə yanaşıb. Heç vaxt heç kimə qarşı hörmətsizlik etməmişəm. Soyunub-geyinmə otağında hamı mənim kim olduğumu bilir. Mənim üçün ən vacibi budur”.

O, az oyun vaxtı əldə etməsindən narahatlıq keçirmir: “Bilirəm ki, futbol belə işləyir, bəzən məşqçilər sənin oynaya bilməyəcəyinə qərar verə bilər. Qərarlara həmişə hörmətlə yanaşacağam, vəziyyətə görə məsuliyyət daşıyacağam. Oynamağıma icazə verilməyəndə problem yaradan tipdən deyiləm. Sadəcə, öz səhvlərimə baxıram. Heç kimi günahlandırmıram, heç nədən şikayət etmirəm. Bəhanə axtarmıram”.

Musa mövsümün sonunda komandasını dəyişəcəyini də istisna etməyib: “Açığı, mövsümün mənim üçün belə başlayacağını gözləmirdim. Sürpriz oldu. Hazırda “transfer pəncərəsi” bağlıdır. İndi heç nə edə bilmərik. Yayda nə olacağını birlikdə görəcəyik. Bizim üçün hansının ən yaxşı variant olacağına həmin vaxt baxacağıq. Hələ gəncəm, qarşımda uzun karyeram var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right