AFFA "Neftçi"nin şikayətini təmin etmədi

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

Newsport.az xəbər verir ki, qurum "Neftçi"nin şikayətini təmin etməyib.

"Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanski "Sumqayıt-2" ilə matçda qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması və komandanın 300 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, 20 yaşlı hücumçu əvəzedicilər liqasının 29-cu turunda "Sumqayıt"la matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right