Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"

"Real"ın yarımmüdafiəçisi Toni Kroos baş məşqçi Karlo Ançelottinin komandanı necə motivasiya etdiyini açıqlayıb.

Newsport.az xəbər verir ki, təcrübəli futbolçu mütəxəssisin bəzən onlarla zarafatlaşdığını, yalan dediyini söyləyib: 

"Malyorka" ilə son oyundan əvvəl Ançelotti bizə dedi: "Qələbə qazansaq, çempion olacağıq." Matçdan sonra o, bizə yalan danışdığını dedi: “Sizi aldatdım, gələn həftə qalib gəlsək, o zaman hər şey bitəcək”.

Qeyd edək ki, hazırda İspaniya çempionatının turnir cədvəlində  “Real” 81 xalla 1-ci yerdədir, “Barselona” 9 xal geridədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right