"Beşiktaş" İspaniyadan müdafiəçi gətirir

"Beşiktaş" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Las Palmas"da çıxış edən Serji Kardonanı transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Qara qartallar" mövsümün sonunda İspaniya klubu ilə müqaviləsi başa çatan 24 yaşlı sol cinah müdafiəçisini azad agent statusu ilə rənglərinə bağlamaq niyyətindədir.

Qeyd edək ki, Serji Kardona 2020-ci ilin yayından "Las Palmas"da çıxış edir. İspan futbolçu bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right