Azərbaycan Kubokununda final: "Qarabağ" "Zirə"yə rəqib oldu Yenilənib

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Newsport.az saytı xəbər verir ki, baş tutacaq görüşlərin ardından finalçılar müəyyənləşəcək.
Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək. Bakıda minimal fərqlə məğlub olan (1:2) turnirin son qalibi doğma arenasında bunun revanşı almağa çalışacaq.
 
Günün ikinci qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq. Əzəli rəqiblər “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Səfər matçında rəqibin qapısından 4 cavabsız top keçirən ağdamlıların bu üstünlüyü əldən verməsi möcüzə olar.
 
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
24 aprel
 
17:00. “Qəbələ” – “Zirə” 0:2
Qol: Kulaç 59, Utziq 84
Qəbələ şəhər stadionu
İlk oyun - 1:2
 
20:00. “Qarabağ” – “Neftçi” 4:1
Qollar: Juninyo 16, 70, Qara Qarayev (avtoqol) 62, Nəriman Axundzadə 77 - Mirzov 64
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:0




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right