Klopp azarkeşlərdən üzr istədi

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 34-cu turunda "Everton"a məğlubiyyəti (0:2) şərh edib.

Newsport.az "BBC Sport"a istinadən xəbər verir ki, o deyib: "Liverpu-un çempionluq şansları? Bunun baş verməsi üçün “Arsenal” və “Siti” çox pis günlər keçirməlidir.

Azarkeşlərdən bu oyun üçün üzr istəyirəm. Biz daha yaxşı oynamalı idik, amma bunu etmədik".

Çempionatın başa çatmasına 6 tur qalmış "Liverpul" lider "Arsenal"dan 3 xal geri qalaraq 74 xalla 2-ci yerdə qərarlaşıb. 3-cü pillədəki "Mançester Siti"nin 73 xalı olsa da, rəqiblərin 2 oyun az keçirib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right