Azərbaycan U-17 millisi Özbəkistana qarşı

Azərbaycanın U-17 millisi bu gün Belarusun paytaxtı Minskdə UEFA İnkişaf turnirində növbəti oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, İlham Yadullayevin komandası “ABFF Technical Center”də Özbəkistan millisi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan U-17 millisi turnir çərçivəsində ilk oyununda Belarusa 0:4 hesabı ilə uduzub. Özbəkistan kollektivi isə Tacikistana 2:1 hesabı ilə qalib gəlib. Millimiz turnir çərçivəsində 3-cü oyununu Tacikistana  qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right