11 illik “Qarabağ” tilsimi davam etdi

“Neftçi” Azərbaycan Kubokunda növbəti dəfə “Qarabağ” səddinə ilişib.

Newsport.az saytı xəbər verir ki, Bakı klubu kubok tarixində 9-cu dəfə əzəli rəqibinə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

“Ağ-qaralar” kubokda yalnız 4 dəfə “Qarabağ”dan daha güclü olub. Bunun isə sonuncusu 11 il əvvələ – 2012/13 mövsümünə təsadüf edib. Həmin vaxt “Neftçi” yarımfinalda iki matçın cəmində 4:3 hesablı qələbə qazanıb.

Həmin vaxtdan bəri komandalar ölkə kubokunda 4 dəfə üz-üzə gəliblər. 2014/15 və 2015/16 mövsümlərinin finalında “Qarabağ” əzəli rəqibini məğlub edib. 2016/17 mövsümünün yarımfinalında isə finala yüksələn ağdamlılar olub.

Qeyd edək ki, “Qarabağ” yarımfinalın hər iki matçında “Neftçi”ni böyük hesabla (4:0, 4:1) məğlub edərək finalda “Zirə”yə rəqib olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right