Samir Abasov "Barselona"nın prezidenti ilə görüşdü Foto

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona" klubunda təcrübə proqramı davam edir. 

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın Fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub. 

Samir Abasov səfər çərçivəsində, həmçinin, "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.

"Kimyaçılar"ın çalışdırıcısı ötən gün əsas komandanın məşqini izləyib və "Barselona" klubunun prezidenti Xuan Laporta ilə də görüşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right