Böyük Dəbilqə: Azərbaycan ilk gündə bir medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ilk günü yekunlaşıb.

Newsport.az-ın məlumatına görə, bu gün qadınlar arasında 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva üçüncü yer uğrunda mübarizədə italiyalı Franseska Milani ilə qarşılaşıb.

Rəqibini məğlub edəən Leyla Əliyevə bürünc medala sahib çıxıb.

66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunha uduzub.

Azərbaycanın 6 cüdoçusu isə mübarizəni erkən dayandırıb. Bunlar Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kəramət Hüseynov (66 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və 57 kq-da çıxış edən Fidan Əlizadədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right