Azərbaycan boksçuları beynəlxalq turnirdə 3 medal qazandılar

Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirinə yekun vurulub.

Newsport.az xəbər verir ki, Azərbaycan millisi 15 ölkənin iştirak etdiyi yarışı 1 gümüş və 2 bürünc medalla başa vurub.

 

 

60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) finalda rusiyalı Nemət Səfərovla döyüşüb. Rəqib qələbə qazandığından boksçumuz gümüş medala yiyələnib.

Ondan öncə Ruslan Rüstəmov (63,5 kq) və Kamran Şahsuvarlı (75 kq) “Qızıl əlcəy”i 3-cü yerdə bitiriblər.

Yarışın ən yaxşı hakimi adına isə Anar Nağdıyev layiq görülüb. Beynəlxalq dərəcəli referimiz “Qızıl əlcəy”in təşkilatçıları tərəfindən xüsusi kubokla mükafatlandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right