Millimizin dünya çempionatı üçün heyəti

Oktyabrın 23-dən 29-dək Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək. 

Newsport.az-ın məlumatına görə, mundialın ilk günlərində baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında 9 sərbəst güləşçi - Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Əşrəf Aşırov (79 kq), Arseni Djioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) çıxış edəcək.

Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaq. Böyük məşqçi Toğrul Əsgərov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Əsmər Cankurtaran (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) güləşəcək.

DÇ-nin son günlərində yunan-Roma güləşi üzrə millimiz tam heyətlə uğur qazanmağa çalışacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Elvin Mürsəliyevin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elcan Məmmədov (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaq. 

Qeyd edək ki, l dərəcəli hakim İntiqam Alıyev Tiranada ədaləti qoruyacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right