"Qızıl əlcək": Boksçumuz finala yüksəldi

Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirində yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Newsport.az xəbər verir ki, milli komandanın bir üzvü finala yüksəlib.

60 kiloqram çəkidə mübarizə aparan Ümid Rüstəmov finala gedən yolda serbiyalı Stefan Kamoviçi 3:0 (28:27, 29:26, 29:26) hesabı ilə məğlub edib. Rüstəmov həlledici görüşdə Rusiyanı təmsil edən Nemət Səfərovla döyüşəcək.

Ruslan Rüstəmovla (63,5 kiloqram) Kamran Şahsuvarlı (75 kiloqram) isə “Qızıl əlcəy”i bürünc medalla başa vurublar. Onlar yarımfinalda, müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq 3-cü yeri tutublar.

Qeyd edək ki, yarışa 15 ölkənin boksçuları qatılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right