"Sabah" Monteneqroda uduzdu

Bu gün "Sabah" basketbol klubu avrokuboklarda D qrupunda ilk oyununu keçirib.

Newsport.az xəbər verir ki, ölkə çempionu Monteneqroda "Mornar"ın qonağı olub. "Sabah"ın qrupdakı startı uğursuz alınıb. Belə ki, Boban Mitevin rəhbərlik etdiyi kollektiv rəqibinə məğlub olub.

“Mornar” (Monteneqro) -“Sabah”  (Azərbaycan) - 80:75 (22:22, 21:17, 16:13, 21:23)

Qrupun digər oyununda isə “Bahçeşehir Kolleji” Çexiyanın “Nimburk” klubuna evdə 88:89 hesabı ilə uduzub.

"Sabah" növbəti oyununu oktyabrın 25-də Bakıda "Bahçeşehir Kolleji”nə qarş ıkeçirəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right