Sumqayıt yenidən böyük basketbolu qarşılamağa hazırdır

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/24-cü illər mövsümündən etibarən Sumqayıt şəhərini "Sumqayıt" basketbol klubu təmsil edəcək.

Newsport.az xəbər verir ki, yeni yaranmış "Sumqayıt" BK öz ev oyunlarını təmirdən çıxmış Sumqayıt Olimpiya İdman Kompleksinin zalında keçirəcək.

Yeni mövsüm öncəsi kompleksdə əsaslı təmir işləri görülüb və yekun tamamlanma işləri bitdikdən sonra arena "Sumqayıt" klubunun istifadəsinə veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right