Makqreqora bəraət

Məşhur irlandiyalı döyüşçü Konor Makqreqorun vəkili Barbara Lanezin verdiyi məlumata görə, müvəkkili artıq ötən yay MBA-nın final matçında baş verən insidentlə əlaqədar cinayət məsuliyyətindən azaddır.

“Videogörüntülərə baxış, şahidlərin dindirilməsi və hərtərəfli araşdırmadan sonra səlahiyyətli şəxslər müvəkkilimə qarşı cinayət ittihamı irəli sürməyin hüquqa zidd olduğu qənaətinə gəliblər. Konor, ailəsi və pərəstişkarları adından hər şeyin bitməsinə görə çox şadıq”, – deyə Lanez bəyan edib.

Xatırladaq ki, insident MBA-nın final seriyasının dördüncü oyununda baş vermişdi. “Mayami Hit”-“Denver Naggets” qarşılaşması zamanı Makqreqor tualetdə tanımadığı qıza qarşı təcavüzə cəhd etmişdi. Lakin qız dirsəyi ilə Konoru itələyərək qaça bilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right